Aİ Banqladeşdə faktiki hakimiyyət dəyişikliyini tanıdı
Dünya
05.08.2024 21:42
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik
Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel Banqladeşdə hakimiyyətin keçidini faktiki olaraq
etiraf edərək, növbəti seçkilərdən sonra hakimiyyətin yeni hökumətə verilməsinin
təmin edilməsinin zəruri olduğunu bildirib.
TodeayPress xəbər verir ki, o, bu müraciəti “X” sosial şəbəkəsində edib.
"Hakimiyyətin demokratik yolla seçilmiş hökumətə nizamlı və dinc şəkildə ötürülməsini həyata keçirmək həyati əhəmiyyət kəsb edir" deyə o, bildirib.
O, əlavə edib ki, Aİ Banqladeşdəki hadisələri yaxından izləyir,
xalqı sakitliyə və təmkinli olmağa çağırır. Avropa diplomatiyasının rəhbəri həmçinin
bildirib ki, Aİ ölkədə baş verən iğtişaşlar nəticəsində insan tələfatından kədərlənir.
tag: Avropa İttifaqı,Cozef Borel, Banqladeş, İxtişaş, todaypress.az,