Aİ Almaniyanı Rusiya ilə münasibətləri gücləndirməkdə ittiham etdi

Dünya

04.09.2024 18:30

Avropa İttifaqının (Aİ) üzvləri Almaniyanı Rusiya ilə münasibətləri gücləndirməkdə ittiham ediblər. Buna səbəb isə Berlinin Aİ ərazisində rus diplomatlarının hərəkətinə məhdudiyyətlərin tətbiqi təşəbbüsünü dəstəkləməməsi olub.

TodayPress xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

“Təşəbbüsün həyata keçirilməsinə əsas maneə Almaniyadır. Berlin bu yolla Moskva ilə münasibətləri gücləndirməyə çalışır” deyə əlavə olunub.

Bildirilib ki, Almaniya hakimiyyəti belə bir təşəbbüsün həyata keçirilməsinə ona görə razılıq verməyib ki, Berlin Moskvanın sərt reaksiyasından ehtiyat edir.

Töhfə Səməd

tag: Avropa İttifaqı, Almaniya, Berlin, Moskva, Hakimiyyət, todaypress.az,