Aİ ABŞ-ni təhdid etdi

Dünya

08.05.2025 22:45

19

Avropa İttifaqı ABŞ ilə ticarət danışıqları nəticəsiz qaldığı halda, 95 milyard avro dəyərində Amerika məhsullarına qarşı cavab rüsumları tətbiq edə bilər. 

TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, Aİ artıq ABŞ-dən idxal olunan sənaye və kənd təsərrüfatı məhsullarını əhatə edən mümkün cavab tədbirləri ilə bağlı ictimai məsləhətləşmələrə başlayıb. 

“Əgər danışıqlar ABŞ-nin mövcud tariflərindən imtina ilə nəticələnməsə, bu cavab tədbirləri tətbiq olunacaq”deyə Komissiyanın açıqlamasında vurğulanıb.

Bundan əlavə, Aİ Dünya Ticarət Təşkilatında (DTƏ) rəsmi məhkəmə prosesi başlatmaq üçün konsultasiya tələbi göndərəcəyini açıqlayıb.

Qiymət Mahir

tag: Amerika,ABŞ,Aİ,Avropa İttifaqı,todaypress.az,