Aİ 1,4 milyard avro gəlirin Ukraynaya transferini təsdiqlədi

Dünya

25.06.2024 00:00

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən gələn 1,4 milyard avronun Ukraynaya transferini təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef  Borell açıqlama verib.

Rusiyanın aktivlərindən 1,4 milyard avro gəlirin Kiyevə transferini təsdiqləyən Borell pulların tezliklə Ukrayanaya çatacağını əlavə edib. Onun sözlərinə görə, Kiyev bu ilin sonunda daha 1 milyard avro dəstək alacaq.

GÜNEL

tag: Ukrayna, Avropa İttifaqı, Cozef Borell, Avro, todaypress.az,