Ağ evin baş aşpazı 29 ildən sonra öz postu ilə vidalaşdı
Dünya
31.07.2024 20:18
Ağ evin 61 yaşlı baş aşpazı Kristeta Komerford tutduğu vəzifədən
istefa verib. O, bu vəzifəni tutan yeganə qadın idi.
TodayPress xəbər verir ki,
Filippində anadan olan və 23 yaşında Amerikaya gələn Kristeta Komerford 1995-ci
ildə Ağ evdə işə başlayıb, 2005-ci ildə baş aşpaz vəzifəsinə təyin edilib.
O, 1995-ci ildən bəri karyerası boyunca Bill Klinton, Corc
Buş (oğul), Barak Obama, Donald Tramp və Cozef Baydenə xidmət edib.
Kristeta Komerford hazırda həyat yoldaşı Con ilə birlikdə təhsil
qrupunun rəhbəridir. Onların hər ikisi Braziliyanın yoxsul şəhərinə humanitar səfərlərdə
könüllü iştirak edirlər. Kristeta Komerford, həmçinin Havay Qubernatorunun təşkil
etdiyi Beynəlxalq Qadın Liderliyi Konfransında əsas məruzəçi olub.
tag: Ağ Ev, Aşpaz, Kristeta Komerford, Bayden, todaypress.az,