Ağ Ev: Tramp Rusiyaya qarşı yeni sanksiyaları yalnız Konqres vasitəsilə ləğv edə biləcək
Dünya
11.01.2025 07:44
Prezident Cozef Baydenin rəhbərlik etdiyi Vaşinqton administrasiyası bildirib ki, ABŞ-nin növbəti lideri Donald Tramp Rusiyanın enerji sektoruna qarşı sanksiyalar paketini yalnız ABŞ Konqresinin vasitəsilə ləğv edə biləcək.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.
“Növbəti administrasiya
bundan sonra hər hansı icraedici tədbir görüb-götürməyəcəyinə özü qərar
versin” Kirbi vurğulayıb.
tag: Kirbi, ABŞ, Ağ Ev, Cozef Bayden, Tramp, todaypress.az,