Ağ Ev: Tramp Rusiya və Ukraynadan narazıdır
ABŞ prezidenti Donald Tramp Rusiyanın prezidenti Vladimir Putin və Ukraynalı həmkarı Volodimir Zelenski ilə bağlı narazılığını artırıb.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinq zamanı bildirib.
Onun sözlərinə görə, tərəflər müvəqqəti atəşkəsə razı olsalar da, Amerikanın istəyi tam sülhdür.
Bundan əvvəl Tramp Putini tənqid edərək bildirib ki, "Rusiya liderinin son günlərdə Ukraynaya raket atmaq üçün heç bir səbəbi yoxdur". O, həmçinin vurğulayıb ki, Rusiya prezidentinə qarşı sanksiyalarla yanaşı başqa yanaşmalar da tətbiq oluna bilər.
Türkan İsgəndərli
tag: ABŞ,Donald Tramp,Ukrayna,Rusiya,todaypress.az,