Ağ Ev: "Tramp Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil"

Dünya

09.05.2025 22:30

12

ABŞ prezidenti Donald Tramp Çin üçün rüsum dərəcələrini birtərəfli qaydada aşağı salmaq niyyətində deyil. Bunun üçün Pekin də güzəştə getməlidir.

TodayPress xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

"Prezident Çinə qarşı rüsumları birtərəfli qaydada aşağı salmaq niyyətində deyil və bu mövqeyini saxlamaqda davam edir. Biz onlardan güzəşt görməliyik" o deyib.

Qeyd edək ki, ABŞ-nin Çindən gələn mallara tətbiq etdiyi rüsumlar hazırda 145%-ə çatır.

tag: ABŞ, Rüsum, Tramp, Çin,todaypress.az,