Ağ Ev "sülh formulu"na görə Zelenskiyə dəstək olduğunu açıqladı
Dünya
04.06.2024 22:27
Birləşmiş Ştatlar “sülh formulunun” hazırlanmasında Ukrayna prezidenti Vladimir Zelenskini müşayiət edib.
TodayPress Reuters-ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Ağ ev sözçüsü ABŞ-nin "sülh formulu" nun yaradılması prosesində Zelenskinin arxasında dayandığını vurğulayıb.
Birləşmiş Ştatların sözügedən planı və onun “praktiki icrasını” təşviq etməkdə digər Qərb ölkələrindən daha fəal olduğunu qeyd edən Kirbi, ABŞ-nin Ukrayna Silahlı Qüvvələri tərəfindən verilən silahların istifadəsinə gündəlik nəzarət edə bilmədiyini də vurğulayıb.
Xatırladaq ki, iyunun 15-dən 16-dək İsveçrədə “sülh formuluna” əsaslanan Ukrayna üzrə konfransın keçirilməsi ideyası dünyanın bir sıra ölkələrində tənqidlə qarşılanıb. Xüsusilə Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, dünya ictimaiyyəti Ukrayna üzrə Çin və Braziliyanın təklif etdiyi, həm Moskva , həm də Kiyevin ev sahibliyi edəcəyi yeni konfransa hazırlığı sürətləndirə bilər . Onun sözlərinə görə, münaqişənin həlli üçün bütün tərəflərin razılığı, eləcə də danışıqların aparılması yollarının tapılmasına obyektiv yanaşma lazımdır.
Günel
tag: Zelenski,Ağ Ev,Con Kirbi,Çin,todaypress.az,