Ağ Ev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Dünya
03.12.2024 10:37
ABŞ administrasiyası yanvarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Ağ Evin saytında dərc olunmuş bəyanatında deyilir.
“Birləşmiş Ştatlar Rusiyanın maliyyə sektoruna qarşı ciddi sanksiyalar tətbiq edib və bunun ardınca daha çox sanksiyalar gələcək” bəyanatda qeyd edilib.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi 20 yanvar 2025-ci ildə keçiriləcək.
Günəş Mərd
tag: ABŞ, Rusiya, Sanksiya, Prezident, Bəyanat, todaypress.az,