Ağ Ev qrant və kreditləri dayandırdı
Dünya
28.01.2025 23:15
Ağ ev
bütün federal qrantlar və kreditlərə fasilə verilməsini əmr edib.
TodayPress xarici KİV-ə istinadən məlumatına görə, Ağ evin İdarəetmə və büdcə
ofisi bununla bağlı memorandum qəbul edib. Sənədə əsasən federal agentliklər
bütün federal maliyyə yardımının ödənilməsi və digər öhdəliklərlə bağlı
fəaliyyətləri müvəqqəti olaraq dayandırmalıdır. Fasilə yeni qrantların
verilməsinə də şamil ediləcək.
Bildirilir ki,
qərar milyonlarla amerikalıya təsir edən dövlət proqramlarını dayandırmağı
nəzərdə tutur və bu, hökumət xərclərinə təsir edə bilər.
Memorandum sosial
təminat və ya ödənişsiz tibbi sığortaya təsir etməyəcək.
tag: Ağ Ev, Qrant, Kredit, Memorandum, Maliyyə, todaypress.az,