Ağ Ev Qəzza üzrə sülh planı hazırlayır

Dünya

08.09.2024 10:00

790

“ABŞ Qəzza zolağında atəşkəsə nail olmaq üçün yaxın günlərdə təqdim etmək üçün ətraflı təkliflər planı hazırlayır”.

TodayPress xəbər verir ki, bunu ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns açıqlayıb.

Eyni zamanda Böyük Britaniyanın Mİ6 Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Mur isə bildirib ki, Qəzza zolağında atəşkəs əldə olunmayana qədər Yaxın Şərqdə vəziyyət son dərəcə gərgin olaraq qalmacaq. O, İranın hələ də HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab verə biləcəyindən ehtiyat etdiyini əlavə edib.

Töhfə Səməd

tag: ABŞ, HƏMAS, Saziş,Qəzza,Sülh,Uilyam Börns,Riçard Mur,todaypress.az,Səhər Yeməyi, Simptom, Həkim, todaypress.az,