Ağ Ev Pxenyanın Ukraynaya ordu göndərməsindən danışdı

Dünya

25.10.2024 13:19

“Şimali Koreya qoşunlarının Ukraynaya göndərilməsi, adı çəkilən ölkənin lideri Kim Çen Ina ölkənin raket və nüvə potensialının yaxşılaşdırılması üçün Rusiyadan kömək istəməyə imkan verəcək”. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, Amerika kəşfiyyatı Rusiyanın Şimali Koreya ordusunu gücləndirməyə kömək edəcəyinə dair konkret vədinə dair heç bir sübut tapmayıb. Bununla belə, analitiklər və ekspertlər qeyd edirlər ki, Kim Çen In Rusiyadan iki əsas sahədə kömək istəyir: Şimali Koreyanın hərbi potensialına qısamüddətli dəstək və KXDR-in ABŞ və onun qüvvələrinə müqavimət göstərmək qabiliyyətini gücləndirə biləcək uzunmüddətli strateji qoşun zəmanəti. 

Rəsmilər hesab edir ki, Rusiya ilə Şimali Koreya arasında imzalanan “Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi” Şimali Koreya əsgərlərinin Ukraynaya göndərilməsinə və digər əməkdaşlıqlara yol açıb. 

Töhfə Səməd

tag: Ağ Ev, Rusiya, Şimali Koreya,Pxenyan, ABŞ, todaypress.az,