Ağ Ev Putinlə Trampın görüş yerini açıqlamaqdan imtina etdi
Dünya
05.02.2025 08:34
Ağ Ev hələ Amerika lideri ilə Rusiya prezidenti
Vladimir Putin arasında mümkün görüş yeri və ya Ukrayna üzrə danışıqlarda
irəliləyiş barədə danışmağa hazır deyil.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti
Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl
Uolts bildirib.
“Təəccüblü odur
ki, dünyanın yarısı Prezident Trampa bu müharibəni sona çatdırmağa kömək etməyə
çalışır. Biz hər cür rəy alırıq, lakin bu gün təsdiqləməyə və ya açıqlamağa heç
nəyim yoxdur” deyə Uolts bildirib.
O, Putin və Tramp
arasında görüş üçün yer seçimi ilə bağlı şərh verməkdən imtina edib və bu cür
xəbərlərə ehtiyatla yanaşmağı tövsiyə edib.
tag: Ağ Ev, ABŞ, Putin, Rusiya, Tramp, todaypress.az,