Ağ Ev Putinin yeni atəşkəs elanına münasibət bildirdi

Dünya

28.04.2025 20:10

4

Ağ Evin mətbuat katibi Karolin Levitt Rusiya prezidenti Vladimir Putinin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü ilə bağlı elan etdiyi atəşkəs rejiminə münasibət bildirib. 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Başa düşdüyüm qədər, prezident Putin bu səhər müvəqqəti atəşkəs elan edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp “daimi atəşkəs görmək istədiyini açıq şəkildə bildirib”. 

Qeyd edək ki, atəşkəs mayın 7-8-i gecə yarısından 10-11-i gecə yarısınadək qüvvədə olacaq.

tag: Ağ Ev,Vladimir Putin,Böyük Vətən Müharibəsi,Donald Tramp,todaypress.az,