Ağ Ev Putinin ABŞ seçkiləri ilə bağlı sözlərinə münasibət bildirdi
Rusiya prezidenti Vladimir Putinin Amerika seçkiləri
ilə bağlı sözləri ABŞ administrasiyasının xoşuna gəlməyib.
TodayPress xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con
Kirbi hökumətin “YouTube” kanalında yayımlanan brifinq zamanı deyib .
“Birləşmiş Ştatların növbəti prezidentinin kim
olacağını müəyyən etməli olan yeganə insanlar Amerika xalqıdır. Əgər cənab
Putin, birincisi, seçkilərimiz haqqında danışmağı dayandırsa, ikincisi, onlara
müdaxiləni dayandırsa, biz çox minnətdar olardıq” Kirbi şərh edib.
Sentyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Şərq
İqtisadi Forumunda çıxışı zamanı deyib
ki , ABŞ-da keçirilən prezident seçkilərində Moskvanın favoriti ölkənin hazırkı
lideri Co Bayden olub . Lakin onun seçki yarışından geri çəkilməsindən sonra
Kreml onun varisi, vitse-prezident Kamala Harrisi dəstəkləyəcək.
Aynur TAC
tag: Amerika, ABŞ, Putin, Rusiya,Con Kirbi,