Ağ Ev Madurodan tələb etdi

Dünya

15.08.2024 09:23

ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduronun iyulun 28-də keçirilən prezident seçkilərində ifrat sağçı Edmundo Qonzalesin qalib gəldiyini etiraf etməsini tələb edir. 

TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib. 

Jan-Pyer Maduronu siyasi rəqibinin qələbəsini tanımağa və müxalifətlə konstruktiv dialoqa başlamağa çağırıb.

Qeyd edək ki, Ağ Ev nümayəndəsi ABŞ hakimiyyətinin Qonzalesi Venesuela prezidenti kimi rəsmən tanıdığını açıqlamayıb. 

Günəş Mərd

tag: Ağ Ev,Jan-Pyer , ABŞ, Venesuela,Qonzales,todaypress.az,