Ağ Ev İranın İsrailə hücum etmə təhlükəsinin davam etdiyini təsdiqlədi

Dünya

15.08.2024 18:00

“İran İsrailə hücum planından əl çəkməyib”.

TodayPress xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbi, həmçinin vəziyyətin silahlı hücuma çevrilməyəcəyinə ümid etdiyini vurğulayıb.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə bildirmişdi ki, Qərb ölkələrinin İsrailə qarşı təmkinli olmaqla bağlı çağırışları beynəlxalq hüququn prinsip və normalarına ziddir.

Töhfə Səməd

tag: İran, İsrail, Xarici İşlər Nazirliyi, Nasir Kənani, Qərb, todaypress.az,