Ağ Ev iflas dalğası ilə qarşı-qarşıyadır
Dünya
10.09.2024 18:31
2024-cü ilin ilk səkkiz ayında ABŞ-də korporativ iflasların sayı son dörd ilin ən yüksək göstəricisi olub.
TodayPress xəbər verir ki, bu barədə “İnterfaks” “S&P Global Market Intelligence”in hesablamalarına istinadən məlumat yayıb.
Ümumilikdə yanvar-avqust ayları ərzində 452 iflas qeydə alınıb. Yayın son ayında iflas məhkəməsinə müraciət edən 3 şirkətin bir milyard dollardan çox borcu olduğu bildirilib.
Qeyd edilib ki, 2024-cü ildə Amerika şirkətlərinin üzləşdiyi əsas problemlər yüksək faiz dərəcələri və qeyri-sabit geosiyasi vəziyyətdir.
Töhfə Səməd
tag: Ağ Ev, Amerika,ABŞ, İflas, Problemlər ,todaypress.az,