Ağ Ev əməkdaşları: “Bayden prezidentlik yarışına son verməlidir”
Dünya
07.07.2024 14:43
Ağ Ev-in adını açıqlamaq istəməyən əməkdaşlarından biri prezident Baydenə çağırış edib.
TodayPress xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib
ki, Baydenin fəaliyyəti dövründə onun fiziki və ruhi sağlamlığında əhəmiyyətli
dərəcədə zəifləmə olub. Ağ Evin əməkdaşı prezidentin 2024-cü il seçkilərindən
geri çəkilməli olduğunu bildirib.
İşçilərin
sözlərinə görə, Bayden tez-tez yorulur və bəzən mühüm qərarlar qəbul etməkdə çətinlik
çəkir.
İşçi heyətinin
bu bəyanatları prezident Baydenin sağlamlıq vəziyyəti haqqında daha çox müzakirələrə
səbəb olub.
Bayden
2020-ci il seçkilərindən əvvəl də səhhətinə və yaşına görə tənqidlərə məruz
qalmışdı. Prezidentin fiziki və psixi sağlamlığı ilə bağlı müxtəlif fərziyyələr
irəli sürülmüş, lakin Ağ Ev bu iddiaları ardıcıl olaraq təkzib etmişdi.
Töhfə Səməd
tag: Bayden, ABŞ,Ağ Ev,Prezident,todaypress.az,