Ağ Ev-ə ilk dəfə qadın rəhbərlik edəcək

Dünya

08.11.2024 01:22

ABŞ-nin Ağ Ev Aparatının rəhbəri vəzifəsinə Prezident Donald Trampın müşaviri Syuzan Uaylsın təyin olunacaq.

 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

 

"Syuzan, yeniliyi görmə qabiliyyətinə sahibdir. O, ABŞ tarixində Ağ Ev aparatına rəhbərlik edən ilk qadın olacaq" Trampın tərəfdarları vurğulayıblar.

 

Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçki nəticələrinə görə Donald Tramp ABŞ-ın prezidenti seçilib. Ali vəzifə uğrunda demokrat namizəd Kamala Harris və Respublikaçılar Partiyasının iddialısı Donald Tramp aparıblar.

 

Aynur TAC

tag: Tramp, ABŞ, Ağ Ev, Seçki, Prezident, todaypress.az,