Ağ Ev: "Bayden yarışdan sağlamlıq problemlərinə görə geri çəkilmədi"

Dünya

25.07.2024 03:00

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer keçirdiyi mətbuat brifinqində ABŞ prezidenti Cozef Baydenin 2024-cü il prezidentlik yarışından çıxmaq qərarının heç bir sağlamlıq problemi fonunda verilmədiyini vurğulayıb.

TodayPress xəbər verir ki, mətbuat katibi qərarın həftəsonu  "çox qısa müddətdə” həftəsonu verildiyini açıqlayıb.

O, ictimaiyyəti əmin edib ki, bunun Baydenin sağlamlığı ilə heç bir əlaqəsi yoxdur.

Nəzrin Cavadzadə

tag: Ağ Ev, Bayden, Prezident, todaypress.az,Karin Jan-Pyer,