Ağ Ev: Bayden Avropaya səfəri zamanı Zelenski ilə görüşə bilməyəcək
ABŞ prezidenti Cozef Bayden Avropaya səfəri zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşə bilməyəcək.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat
katibi Karine Jan-Pyer adi mətbuat brifinqində bildirib.
"Bayden bu həftə Almaniyaya gedəcək, lakin ABŞ
prezidenti Avropada olarkən Zelenski ilə görüşə bilməyəcək" administrasiya
sözçüsü deyib.
Eyni zamanda Jan-Pyer əlavə edib ki, Bayden oktyabrın
16-da Ukrayna lideri ilə danışmağı və yeni hərbi yardım paketini elan etməyi
planlaşdırır.
Aynur TAC
tag: Ağ Ev, Bayden, Zelenski, Ukrayna, ABŞ, todaypress.az,