Ağ Ev 1,1 milyard dollarlıq maliyyəni ləğv edəcək
ABŞ-də İctimai yayım şirkətinə dövlət dəstəyi dayandırıla bilər.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” qəzeti adını açıqlamayan mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Ağ Ev ABŞ Konqresinə müraciət edərək “Corporation for Public Broadcasting” (CPB) – yəni “NPR” radiosu və “PBS” telekanalını dəstəkləyən dövlət şirkəti üçün 1,1 milyard dollar dəyərində federal maliyyənin ləğv olunmasını tələb etməyə hazırlaşır.
Jurnalistlər yazırlar ki, bu təşəbbüs daha geniş büdcə islahatları paketinin bir hissəsi kimi təqdim oluna bilər. Bununla belə, qeyd olunur ki, “CPB”nin cari büdcəsi artıq iki il öncədən maliyyələşdirilib.
Qiymət Mahir
tag: ABŞ,Şirkət,Ağ Ev,Yardım,Todaypress.az,