Afrikada FÖVQƏLADƏ VƏZİYYƏT elan edilib

Dünya

29.05.2024 12:47

Namibiya prezidenti Nanqolo Mbumba quraqlıq səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib. TodayPress bildirir ki, Namibiyada davam edən quraqlıq səbəbindən fövqəladə vəziyyət hökm sürür ki, bu da milli fəlakətə çevrilib. “Quraqlıq ölkənin bütün bölgələrinə təsir edib" deyə dövlət başçısı vuröulayıb.

Namibiya hakimiyyəti quraqlıqdan zərər çəkmiş əhaliyə yardım proqramının həyata keçirilməsində kömək üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Bunun üçün Cənubi Afrika ölkəsinə 45 milyon dollar əlavə vəsait lazımdır.(oxu.az)

tag: Afrika, Quraqlıq, Dünya xəbərləri, todaypress.az,