Afrika üzərində zəhərli qaz buludu təhlükəsi

Dünya

28.07.2024 18:20

Alimlər yaxın gələcəkdə Afrikada zəhərli qaz buludunun yarana biləcəyini irəli sürüblər.   

TodayPress xəbər verir ki, bu barədə “REN TV” teleqram kanalı yazıb. 

Buna səbəb Afrika plitəsinin hərəkəti nəticəsində yaranan Kivu gölünün yaxınlığında seysmik aktivlik ola bilər.  Bildirilir ki, su anbarı tərkibində karbon qazı və metan olan isti bulaqlarla doldurulur.

Qeyd olunur ki, əvvəllər də oxşar mənşəli göllərin - Kamerundakı Nyos və Manun göllərinin partlayaraq, 1,8 min nəfəri və çoxlu heyvanı öldürməsi halları qeydə alınıb.   

Günəş Mərd 

tag: Afrika,qaz buludu,ölüm,hadisə,xəbərdarlıq,Kivu,