Afrika ölkələrinin BMT TŞ-də təmsil edilməsi təklifi irəli sürüldü

Dünya

13.08.2024 09:15

1672

“Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında təmsil olunmayan Afrikanın əziyyət çəkdiyi tarixi ədalətsizliyin aradan qaldırılmasının tərəfdarıyıq. Afrika BMT Təhlükəsizlik Şurasında iki daimi və iki qeyri-daimi yer tələb edir”.

TodayPress xəbər verir ki, bunu Nyu-Yorkda Təhlükəsizlik Şurasının iclasında çıxış edən Əlcəzair Xarici İşlər Nazirliyinin baş katibi Lunes Maqraman deyib.

"BMT Təhlükəsizlik Şurasının iş metodlarını təkmilləşdirmək lazımdır, çünki sadəcə üzvlərinin sayının artırılması effektiv işə zəmanət vermir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Afrika ölkələrinin qanuni istəklərinə cavab verməklə öhdəlik və dəstək nümayiş etdirməlidirlər” deyə o qeyd edib.

tag: Nyu-York, BMT, Lunes Maqraman,Afrika, Xarici İşlər Nazirliyi, todaypress.az,