AfD Şoltsun partiyasını qabaqladı - SORĞU
Dünya
29.01.2025 20:00
Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası Almaniya kansleri Olaf Şoltsun təmsil olunduğu Almaniya Sosial Demokrat Partiyasını (SPD) geridə qoyub.
TodayPress xəbər verir ki, bunu "YouGov"un sosioloji araşdırmasının məlumatları sübut edir.
Belə ki, sorğuya əsasən, respondentlərin 23 faizi Bundestaqda keçiriləcək erkən seçkilərdə AfD-yə səs verməyə hazırdır. "YouGov" qeyd edir ki, AfD-nin reytinqi son sorğu ilə müqayisədə 4 faiz artıb.
Töhfə Səməd
tag: Almaniya üçün Alternativ,Olaf Şolts,SPD,todaypress.az,