Aerokosmik qüvvələr Hələb və İdlibdə azı 20 silahlını məhv etdi

Dünya

30.11.2024 06:44

Rusiyanın aerokosmik qüvvələri Suriyanın Hələb və İdlib qubernatorluqlarına hücuma keçən “Cəbhət ən-Nusra” terror təşkilatı və digər radikal qruplardan ən azı 200 silahlısını məhv edib.

TodayPress xəbər verir ki, bunu Rusiya Barışıq Mərkəzinin rəis müavini Oleq İqnasyuk bildirib.

“Cəbhət ən-Nusra” terror qruplaşması və digər radikal müxalifət silahlı birləşmələrinin Hələb və İdlib əyalətlərində Suriya hökumət qoşunlarının mövqelərinə hücumundan sonra Suriyada vəziyyət gərginləşməkdə davam edir” məlumatdan qeyd olunub.

İqnasyukun sözlərinə görə, Rusiyanın aerokosmik qüvvələri Suriya hökumət ordusuna dəstək verir və qeyri-qanuni silahlı qruplaşmaların mövqelərinə, onların silahlarına, idarəetmə mərkəzlərinə və silah anbarlarına raket zərbələri endirir.

 “Son sutka ərzində azı 200 yaraqlı məhv edilib” deyə o vurğulayıb.

Aynur TAC

 

tag: Suriya, Hələb, Rusiya,Cəbhət n- Nusra, todaypress.az,