AEBA Zaporojye AES-in reaktorunda su sızması baş verdi
Dünya
01.11.2024 02:14
Ukraynada Zaporojye Atom Elektrik
Stansiyasının reaktorlarından birində kiçik su sızması aşkar edilib və təmir
işləri aparılır.
TodayPress-in məlumatına görə, bu barədə Atom
Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) saytında məlumat verilib.
BAEA-nın rəhbəri Rafael Qrossinin yazılı açıqlamasında
deyilir: “Agentlik bu məsələni yaxından izləməyə davam edəcək, baxmayaraq ki,
biz nüvə təhlükəsizliyinə dərhal təhlükə görmürük. Ümumiyyətlə, biz müəyyən
etdik ki, münaqişə zamanı Zaporojye AES-in davamlı təhlükəsizliyini təmin edən
avadanlığa müntəzəm qulluq etmək çətindir”.
Stansiyada olan AEBA ekspertlərinə məlumat verilib ki,
qaynaq işləri başa çatıb və qaynaq tikişlərinin radioqrafik sınaqları aparılır.
tag: BAEA, Ukrayna, SU, Zaporjye, AES, todaypress.az,