AEBA Ukraynaya dəstəyi artıracaq

Dünya

04.09.2024 09:41

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynaya dəstəyi genişləndirəcəyini vəd edib.

TodayPress xəbər verir ki, bu barədə agentliyin rəhbəri Rafael Qrossi məlumat verib. 

AEBA-nın baş direktoru bir neçə raket hücumunun enerji reaktorlarının dayanmasına səbəb olmasından sonra nüvə təhlükəsizliyinin vacibliyini vurğulayıb. O, bildirib ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən vəziyyət getdikcə daha təhlükəli xarakter alır.

"AEBA kritik enerji infrastrukturunun sağlamlığının qorunmasında daha fəal rol oynayacaq" deyə o, əlavə edib.

Töhfə Səməd

tag: Atom,Rekat, Hücum ,Rusiya, Ukrayna ,Münaqişə, todaypress.az,