AEBA Rusiyadan "Zaporojye" AES-i Ukraynaya qaytarmağı tələb etdi
Dünya
20.09.2024 18:00
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Rusiyadan “Zaporojye” Atom Elektrik Stansiyasını (AES) dərhal Ukraynanın nəzarətinə qaytarmağı tələb edib.
TodayPress-in məlumatına görə, bununla bağlı qətnamə qurumun saytında yerləşdirilib.
Quruma üzv olan 52 dövlətin tərəfdar çıxdığı sənəddə göstərilib ki, Ukrayna ərazisindəki bütün analoji strateji obyektlər hökumətin tam nəzarəti altında fəaliyyət göstərməlidir.
Prezident Volodimir Zelenski bəyanat verərək, bu addımı alqışlaşdığını bildirib.