AEBA rəhbəri Kursk AES-ə səfər edəcək

Dünya

26.08.2024 17:33

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossinin başçılıq etdiyi missiya Kursk Atom Elektrik Stansiyasına (AES) baş çəkərək, ərazidəki vəziyyəti şəxsən qiymətləndirəcək.

TodayPress xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi bəyanat yayıb.

"Kursk AES-in yaxınlığında baş verən yeni hadisələr və artan hərbi fəallıq fonunda mən vəziyyəti diqqətlə izləyirəm. Stansiya ilə bağlı vəziyyət daim dəyişir. Avqustun 27-də zavodda nə baş verdiyini öz gözümlə müşahidə edəcəm" bəyanatda bildirilib.

O, qeyd edib ki, bütün AES-lərin təhlükəsizliyi AEBA üçün əsas məsələdir.

Töhfə Səməd

tag: Beynəlxalq Atom Enerjisi Agentliyi,Rafael Qrossi, Atom, Agentlik, todaypress.az,