AEBA Qazaxıstanda AES-in tikintisinə dəstək verəcək

Dünya

17.09.2024 13:04

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) oktyabrın 6-da keçiriləcək Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı referendum zamanı Qazaxıstanı dəstəkləməyə hazırdır. 

TodayPress xəbər verir ki, bu barədə AEBA-nın rəhbəri Rafael Qrossi məlumat yayıb.

“AEBA bu mühüm dövrdə təhlükəsizlik və beynəlxalq etimadı təmin etməklə Qazaxıstanı dəstəkləməyə hazırdır” deyə o, bildirib.

Bundan əlavə, Qrossi nüvə enerjisinin inkişafı üzrə qlobal səylərdə Qazaxıstanın əsas rolunu qeyd edib. Onun sözlərinə görə, ölkənin bu sahədə təhlükəsizlik təşəbbüsləri sənayenin inkişafına əvəzsiz töhfə verir. AEBA rəhbəri Qazaxıstanın təşkilatla uzunmüddətli əməkdaşlığını da diqqətə çatdırıb.

Töhfə Səməd

tag: Qazaxıstan ,AEBA ,Qrossi ,Təşkilat ,Atom Elektrik Stansiyası ,todaypress.az,