AEBA İranın uran ehtiyatlarını azaldacaq
Dünya
20.11.2024 13:20
Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) müşahidəçiləri İranın uran istehsalını azaltmaq üçün tədbirlər gördüyünü qeyd edirlər.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“İranın öhdəliyi AEBA-nın baş direktoru Rafael Mariano Qrossi ilə İran prezidenti Məsud Pezeşkian arasında bu ay Tehranda keçirilən müzakirələrdən sonra qəbul edilib. AEBA İranın keçmiş fəaliyyətləri ilə bağlı araşdırmalarını hələ də tamamlamasa da, onun uran ehtiyatlarının məhdudlaşdırılmasını İrana etimadın bərpası üçün vacib sayır” məlumatda qeyd olunub.
Ekspertlərin fikrincə, bu, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyası ilə münasibətlərdə gərginliyin azaldılması istiqamətində bir jestdir.
Günəş Mərd
tag: AEBA,İran,Qrossi,Donald Tramp,todaypress.az,