AEBA İrana səfər edəcək

Dünya

25.09.2024 08:54

Beynəlxalq Nüvə Enerjisi Agentliyinin ( AEBA ) rəhbəri Rafael Qrossi İranın nüvə proqramı ilə bağlı Qərb və Tehran arasında danışıqlara hazırlaşmaq üçün yaxın həftələrdə İrana gedəcək. 

TodayPress xəbər verir ki, o, bu barədə "Reuters"ə məlumat verib. 

Qrossi hesab edir ki, Tehran AEBA ilə danışıqları bərpa etməyə hazırdır. 

Qeyd olunur ki, danışıqlara hazırlaşmaq üçün İranın nüvə proqramı ilə bağlı məlumatlar indidən toplanmalıdır. 

Qrossi oktyabrda İrana səfər edəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, sentyabrın 23-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, onun ölkəsi Birləşmiş Ştatlarda BMT Baş Assambleyası çərçivəsində nüvə proqramı üzrə danışıqların yeni raunduna başlayacaq.

Sentyabrın 10-da Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb.

Günəş Mərd

tag: İran, Nyu-York, BMT, Abbas Əraqçi, Nüvə, todaypress.az,