Abxaziyada atışma oldu, deputat öldü
Dünya
19.12.2024 16:48
Abxaziyada "parlament" binası yaxınlığında atışma olub.
TodayPress xəbər verir ki, bu barədə "Post News" məlumat yayıb.
Yerli "Telegram" kanallarının məlumatına görə, atışma parlament üzvləri arasında münaqişə nəticəsində baş verib. Nəticədə iki millət vəkili yaralanıb, onlardan biri ölüb.
Ehtimallara görə, atışma əvvəllər Rusiya ilə investisiya sazişinin ratifikasiyasına qarşı çıxan parlamentari Adqur Xaraziya tərəfindən başlayıb.
Digər müxalifətçi Kan Kvarçia isə onunla mübahisə edib. Nəticədə Xaraziya tapançanı çıxararaq atəş açıb. Münaqişəyə Abxaziya "Xalq Məclisi"nin İqtisadi siyasət, islahatlar və informasiya texnologiyaları komitəsinin üzvü Vaxtanq Qolandzia müdaxilə edib. Güllənin onun başına dəydiyi bildirilir. Kvarçia isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Töhfə Səməd
tag: Abxaziya, Deputat, Ölüm ,Atışma, todaypress.az,