Abxaziya müxalifəti prezidenti ittiham etdi

Dünya

18.11.2024 17:25

“Abxaziya prezidenti Aslan Bjaniya 500 ədəd mükafat silahının paylanmasını əmr edib”. 

TodayPress xəbər verir ki, bunu müxalifət liderlərindən biri, “Abxaziya Xalq Hərəkatı” ictimai təşkilatının sədri Adqur Ardzinba deyib.

Onun sözlərinə görə, prezident olduğu dörd il ərzində Bjaniya 500-dən çox silah paylayıb. 

Ardzinba mayın 9-da Moskvada keçirilən paradda Rusiya prezidenti Vladimir Putinin Bjaniyaya bağışladığı silahların yoxa çıxması ilə bağlı məlumatları da təkzib edib.

Töhfə Səməd

tag: Abxaziya, Prezident, Moskva, Rusiya, Putin, Silahlar, todaypress.az,