Abxaziya Gürcüstanla quru sərhədini bağlayacaq

Dünya

18.10.2024 16:30

1731

Abxaziya 2024-cü il oktyabrın 23-dən 30-dək Gürcüstanla quru sərhəddini bağlayacaq. 

TodayPress xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.   

Qeyd olunub ki, İnqur keçid məntəqəsinin müvəqqəti bağlanması qərarı oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri zamanı radikal qüvvələrin mümkün təxribatları ilə əlaqədar olaraq qəbul edilib. 

Abxaziyaya qayıdan respublika vətəndaşları və əvvəllər Gürcüstana qanuni yolla daxil olmuş yaşayış icazəsi olan şəxslər üçün isə istisnalar nəzərdə tutulub. 

Günəş Mərd

tag: Abxaziya, Gürcüstan, Quru Sərhədlər, Qanun, todaypress.az,