ABŞ Zelenskinin yerinə yeni namizəd tapdı
Dünya
13.08.2024 11:55
Ağ Ev Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Arsen Avakovu ölkə prezidenti Volodimir Zelenskinin yerinə uyğun namizəd hesab edir.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.
Bildirilib ki, Avakovun bir çox üstün tərəfləri var ki, bunlardan biri məhz avropalılarla yaxşı münasibətinin olmasıdır. Bununla yanaşı, o, həm də millətçidir.
Ağ Ev hesab edir ki, bu, Qərbə münaqişənin həlli üçün Rusiya ilə mümkün danışıqların başlanmasına daha yaxşı hazırlaşmağa imkan verəcək.
Töhfə Səməd
tag: ABŞ, Ukrayna, Zelenski, Qərb, Rusiya, todaypress.az,