ABŞ yüz milyonlarla dollar dəyərində raketlər satacaq

Dünya

23.08.2024 14:51

ABŞ Rumıniya və Norveçə “AIM-120” hava raketlərinin satışını təsdiqləyib. 

TodayPress xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında bildirilib.

Qeyd olunub ki, satışın dəyəri yüz milyonlarla dollardır.

ABŞ Dövlət Departamenti Rumıniya hökumətinə “Advanced AIM-120” Ortamənzilli Hava-Hava Raketinin (AMRAAM) və müvafiq avadanlığın satışını təsdiqləyib. Razılaşmaya köməkçi avadanlıqlar da daxildir. Satışın ümumi dəyəri 592 milyon dollardır.

Dövlət Departamenti ,həmçinin “AIM-120” orta mənzilli hava raketlərinin Norveçə satışına da icazə verib. Razılaşmanın ümumi məbləği 405 milyon dollardır.

Günəş Mərd

tag: ABŞ, Rumıniya, Hava Raketi,Norveç, AMRAAM, todaypress.az,