ABŞ yeraltı nüvə sınaqları keçirəcək

Dünya

19.10.2024 13:50

1350

ABŞ Nevada ştatında subkritik nüvə sınaqları keçirməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) korporativ planında məlumat verilib. 

Sənəddə deyilir: 

“Sınaqdan keçirilməyən nüvə partlayıcı ehtiyatını təsdiqləmək, nüvə materialları, həmçinin yeni istehsal edilmiş komponentlər haqqında məlumat toplamaq üçün Nevada Milli Təhlükəsizlik Saytında subkritik sınaq diaqnostikası təkmilləşdiriləcək”.

Bildirilib ki, sınaqların aparılacağı poliqonda 20-ci əsrin 90-cı illərində Vaşinqton və Moskva tərəfindən ərazidə qalan unikal avadanlıq var. 

Töhfə Səməd

tag: ABŞ, Neva, Nüvə, Moskva, Vaşinqton,todaypress.az,