ABŞ yeni nüvə strategiyasını təsdiqlədi
Dünya
21.08.2024 09:29
ABŞ prezidenti Co Bayden Çinin nüvə imkanlarının genişləndirilməsinə yönəlmiş məxfi nüvə strategiyası planını təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə "New York Times" yazır.
Yeni strategiya “Nüvə Məşğulluğu Rəhbərliyi” adlanır və ABŞ-nin Rusiya, Şimali Koreya və Çinlə münaqişələrinin mümkünlüyünü nəzərdə tutur.
Nəşr yazır ki, tarixdə ilk dəfə olaraq bir neçə dövlətin bir anda potensial təhlükə kimi tanındığı strategiya qəbul edilib. Sənəd yüksək məxfiliyə malikdir. Yalnız bir neçə kağız nüsxəsi müəyyən sayda Pentaqon rəsmiləri üçün əlçatandır.
Qeyd edək ki, Ağ Ev strategiyanın təsdiqini rəsmən açıqlamayıb.
Günəş Mərd
tag: ABŞ, Nüvə, Bayden,Pentaqon, Rusiya, Çin, todaypress.az,