ABŞ Yəməndə husilərə zərbələr endirdi

Dünya

17.10.2024 09:36

2849

ABŞ silahlı qüvvələri Yəməndə husilərin nəzarəti altında olan ərazidə beş silah anbarına zərbələr endirib.

TodayPress "ABC News"a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib. 

“ABŞ Mərkəzi Komandanlığı qüvvələri, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-2" bombardmançıları Yəmənin nəzarətində olan ərazilərdə husilərin silah anbarlarına çoxsaylı hava hücumları həyata keçirib" deyə o, qeyd edib. 

Onun fikrincə, bu zərbələr husilərin gələcək sabitliyi pozan hərəkətlər etmək potensialını azaldacaq və Amerika ordusunun təhlükəsizliyini təmin edəcək.

Ostin vurğulayıb ki, Vaşinqton Qırmızı dənizdəki gəmilərə hücumları dayandırmaq üçün hərəkət etməkdən çəkinməyəcək.

Günəş Mərd

tag: ABŞ ,Husilər, Vaşinqton, Qırmızı Dəniz, Amerika, todaypress.az,