ABŞ-yə məxsus qırıcı qəzaya uğradı

Dünya

16.10.2024 12:55

2113

ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “EA-18G Growler” qırıcısı Vaşinqton ştatında Raynir vulkanının şərq hissəsi yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.

TodayPress xəbər verir ki, bu barədə "The Seattle Times" qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ HDQ-nin “MH-60S” helikopteri axtarış qrupu tərkibində qəza yerinə göndərilib. Pilotların vəziyyəti hələ də müəyyən edilməyib. Qəzanın səbəbləri araşdırılır.

EA-18G "Growler" radioelektron mübarizə qırıcısı F/A-18 Super Hornet qırıcısının modifikasiyasıdır. Onun dəyəri 67 milyon ABŞ dollarıdır.

tag: ABŞ ,Pilot, MH-60S ,Qəza ,Raynir Vulkanı ,todaypress.az,