ABŞ Yaxın Şərqə hərbi gəmilər göndərdi
Beyrut və Tehrana zərbələr fonunda ABŞ Müdafiə Nazirliyi Fars körfəzi və Aralıq dənizinə 12 hərbi gəmi göndərib.
TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
“ABŞ-nin “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi və altı esminesi bu gün Fars körfəzinə daxil olub. 4 min dəniz piyadası və dənizçini daşıyan üç desant gəmisi və iki esminesdən ibarət bir qrup isə Şərqi Aralıq dənizinə göndərilib” məlumatda qeyd olunub.
Günəş Mərd
tag: ABŞ, Yaxın Şərq, Tehran, Aralıq Dənizi, Fars, todaypress.az,