ABŞ Yaxın Şərqə F-22 qırıcıları yerləşdirdi

Dünya

09.08.2024 09:21

Amerikanın bir neçə F-22 qırıcı təyyarəsi İran və müttəfiqlərinin təhdidinə görə Yaxın Şərqə yerləşdirilib.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Yerləşdirilən təyyarələrin sayı və onların yeri dəqiq göstərilməyib. 

Qeyd edək ki, son günlər ABŞ İran və müttəfiqlərinin İsrailə mümkün hücumundan ehtiyat etdiyi üçün Yaxın Şərq regionunda hərbi gücünü artırır.

Günəş Mərd

tag: ABŞ, Yaxın Şərq, Silahlı Qüvvələr,İran, İsrail, todaypress.az,