ABŞ Yaxın Şərqdə tammiqyaslı müharibə gözləyir

Dünya

21.09.2024 10:15

ABŞ prezidenti Cozef Baydenin administrasiyası İsraillə Livan “Hizbullah”ı arasında gərginliyin artmağından narahatdır. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” yazıb. 

Nəşrin yazdığına görə, tərəflər arasında gərginlik bir az da artsa, Yaxın Şərqdə tammiqyaslı müharibə ola bilər. Beyruta hücum davam edərsə, Vaşinqton “Hizbullah”ın pilotsuz təyyarələrdən istifadə etməklə bir növ qisas alacağını gözləyir.

Qeyd olunub ki, Birləşmiş Ştatlar gərginliyin daha da artmasının qarşısını almaq üçün İsraillə danışıqlar aparır. 

Narahatlığa baxmayaraq, Vaşinqton tərəflər arasında münaqişənin sülh yolu ilə həllini rəsmən dəstəkləyir.

Günəş Mərd

tag: ABŞ, Yaxın Şərq ,Beyrut, Hücum, Hizbullah, todaypress.az,