ABŞ Yaponiyaya 48 qırıcı göndərəcək
Dünya
01.12.2024 17:09
ABŞ Hərbi Hava Qüvvələri 2026-cı ilin yazında Yaponiyanın Honsyu adasının şimalında yerləşən Misava aviabazasında 48 ədəd beşinci nəsil "F-35A" döyüş təyyarəsini daimi olaraq yerləşdirməyə başlayacaq.
TodayPress xəbər verir ki, bu barədə yerli bələdiyyəyə istinadən "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilib ki, "F-35"lər hazırda orada yerləşdirilən 36 ədəd dördüncü nəsil "F-16" qırıcı-bombardmançı təyyarələrini əvəz etməlidir.
tag: ABŞ,Hərbi Hava Qüvvələri,Yaponiya,Honsyu,F-35A,F-16,todaypress.az,