ABŞ Yaponiyaya 3,64 milyard dollarlıq raket satışını təsdiqlədi

Dünya

03.01.2025 17:23

ABŞ Dövlət Departamenti Yaponiyaya 3,64 milyard dollara 1,2 min ədəd AIM-120D-3 və AIM-120C-8 orta mənzilli hava-hava raketlərinin mümkün satışını təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə Pentaqona daxil olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.  

Agentliyin açıqlamasında bildirilir ki, Yaponiya hökuməti 1200-ə qədər AIM-120 (D-3/C-8) qabaqcıl orta mənzilli hava-hava raketlərinin və lazımi avadanlıqların alınmasını tələb edib.

Günəş Mərd

tag: ABŞ, Yaponiya, Milyard, Dollar ,todaypress.az,